Daşkəsəndə avtomobillər toqquşub, xəsarət alanlar var

Daşkəsəndə avtomobillər toqquşub, xəsarət alanlar var
  28 İyun 2023    Oxunub:1092
Daşkəsən rayonunun Bayan kəndində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
"VAZ-21015" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü N.Abbaszadə, 1995-ci il təvəllüdlü Y.Bədəlov və qardaşı, 1963-cü il təvəllüdlü K.Bədəlov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti