Qonşusunun evindən 12 minlik xalçanı oğurladı - FOTO
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib.
Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12 000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: Oğurluq







Vaxtında, Aydın, Lazımlı!


