Bakıda yaşayış binasının lifti qırıldı, xəsarət alanlar var

   Bakıda yaşayış binasının lifti qırıldı,    xəsarət alanlar var
  30 İyun 2023    Oxunub:1366
Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb.
Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.
"Bakıda binada liftin qırılması ilə bağlı araşdırma aparılır" - Prokurorluq


Belə ki, kompleksdəki üçüncü binanın lifti qırılıb.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.( Report)

AzVision.az


Teqlər:   lift   bina  



Xəbər lenti