Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi - Fotolar

 Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi -  Fotolar
  30 İyun 2023    Oxunub:1998
Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.






AzVision.az


Teqlər:



Xəbər lenti