Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub
  30 İyun 2023    Oxunub:1098
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nazim Mahmudov Xidmətin rəisi təyin edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Bundan öncə Nazim Mahmudov Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:



Xəbər lenti