Yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Yaşayış binasında yanğın olub,    sakinlər təxliyə edilib
  30 İyun 2023    Oxunub:924
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.
Bu barədə AzVision.az a FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti