Suriyada daha 3 azərbaycanlı öldürüldü

Suriyada daha 3 azərbaycanlı öldürüldü
  02 İyun 2014    Oxunub:1502
Suriyada daha üç azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb.
APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən etdiyi məlumata görə, Suriyanın Rasulayn bölgəsində “İraq Şam İslam Dövləti” silahlı qruplaşması ilə “Kürd PYD” (PKK) qruplaşması arasında baş verən şiddətli döyüşdə “İraq Şam İslam Dövləti” silahlı qruplaşması 10, “Kürd PYD” qruplaşması isə 70 nəfər itki verib.

“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının öldürülən üzvlərindən üçünün azərbaycanlı olduğu bildirilir. Onlar “Əbu Cəfər” ləqəbli Şəki sakini, “Abdu Şakir” ləqəbli Xaçmaz sakini və “Osman” ləqəbli azərbaycanlıdır.

Öldürülən azərbaycanlıların əsl kimliyi və meyitlərinin fotoları hələlik yayılmayıb.

Azərbaycanlı döyüşçülər adını açıqlamasalar da, öldürülən azərbaycanlılardan birinin fotosunu da APA-ya təqdim ediblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Teqlər:





Xəbər lenti