Qaxda qayadan yıxılan şəxs xəstəxanaya aparılıb

Qaxda qayadan yıxılan şəxs xəstəxanaya aparılıb
  01 İyul 2023    Oxunub:1300
Qax rayonunda qayalıq ərazidə rayon sakini yıxılıb, hazırda onun təxliyəsi həyata keçirilir.
AzVision.az xəbər verir ki, hadisə Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "İlisu Dağ Hamamı" adlanan ərazidə baş verib.

Yaralı olduğu ehtimal olunan turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.

Yıxılan şəxs Qaxın Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Abdullazadə Zəfər Mirzə oğludur.

Hazırda onun təxliyəsi həyata keçirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar əraziyə FHN-in Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.

AzVision.az



Teqlər: Qax   Hadisə  



Xəbər lenti