Bakıda 34, Naxçıvanda 36 dərəcə isti olacaq
Qeyd olunub ki, Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturuna gəlincə, iyulun 01-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.
İyulun 02-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 29-34 dərəcə, Naxçıvan MR-da və aran rayonlarında 31-36 dərəcə, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


