Avropa Oyunları: Azərbaycan boksçusu gümüş medal qazandı

      Avropa Oyunları:    Azərbaycan boksçusu gümüş medal qazandı
  02 İyul 2023    Oxunub:990
Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb.
AzVision.az xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.

+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti