Nabranda qadını "tok" vurdu

   Nabranda qadını "tok" vurdu
  02 İyul 2023    Oxunub:1633
Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vurub və qadın yerindəcə keçinib.

X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti