Diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb

Diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb
  03 İyul 2023    Oxunub:916
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb.
Namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi sentyabrın 17-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti