Qohumlarını baltalayan şəxs saxlanıldı
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir. Nəticə barədə əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


