Zəlzələ Dağıstan və Qazaxıstanda da hiss olunub

Zəlzələ Dağıstan və Qazaxıstanda da hiss olunub
  04 İyul 2023    Oxunub:1598
Xəzər dənizində Azərbaycan sahillərində baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub.
AzVision.az xəbər verir ki, Qazaxıstanda yeraltı təkanlar Aktau şəhərində, Dağıstanda isə Dərbənd şəhərində hiss edilib.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti