Zəlzələ ilə bağlı təcili yardıma 34 nəfər müraciət edib

   Zəlzələ ilə bağlı təcili yardıma 34 nəfər müraciət edib
  04 İyul 2023    Oxunub:1167
İyulun 4-də saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Onlardan 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub.

Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.

AzVision.az


Teqlər:



Xəbər lenti