Bulvarda dekorativ ağaca zədə vuran qadın cərimələndi

   Bulvarda dekorativ ağaca zədə vuran qadın cərimələndi
  04 İyul 2023    Oxunub:1602
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AzVision.az -a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

***
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın barədə qərar verilib. Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 75 manat cərimə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti