"Gecə baş verən zəlzələnin təhlükəsi yox idi" - Qurban Yetirmişli

 "Gecə baş verən zəlzələnin təhlükəsi yox idi" -  Qurban Yetirmişli
  04 İyul 2023    Oxunub:1373
"Yerli vaxtla 00:01-də baş verən 5,5 bal gücündə zəlzələ Mahaçqala-Krasnavordsk qırılma xəttində olub". AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli brifinqdə deyib.
Onun sözlərinə görə, təkan 10 saniyədən çox çəksə də, çox dərinlikdə olduğu üçün fəsad yaratmayıb.

"Zəlzələ dərinlikdə olduğu üçün Azərbaycanın şimal rayonlarında, Abşeron yarmadası və Bakı şəhərində hiss olunub. Azərbaycan Alp-Himalay aktiv seysmik qurşağında yerləşir. Buna görə mütəmadi təkanlar olur. Sadəcə burada zəlzələ ocaqları Xəzərdə olur. Gecə baş verən zəlzələnin təhlükəsi yox idi".

Q.Yetirmişli qeyd edib ki, afterşoklar olsa da, hiss olunmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 65 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti