Baş direktor:"20 milyonluq əhali zəlzələ anını oturub gözləməlidir?"

  Baş direktor:"20 milyonluq əhali zəlzələ anını oturub gözləməlidir?"
  04 İyul 2023    Oxunub:1249
"İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, Qurban müəllim demişdi".
AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli brifinqdə deyib.

"Fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilirdi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın".

Qeyd edək ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti