Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil edilə bilər

     Onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya daxil edilə bilər
  04 İyul 2023    Oxunub:1295
Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” həyata keçirilir: “Əhalimizin bu xəstəliyin müalicəsi ilə bağlı əziyyət çəkdiyini bilirik.

Hazırda bununla bağlı Milli Onkologiya Mərkəzi, Səhiyyə Nazirliyi və Milli Məclisin Səhiyyə komitəsi ilə birlikdə işlər, müzakirələr aparırıq ki hansı şəkildə biz onu xidmətlər zərfinə sala bilərik. Hazırda bu istiqamətdə işlər gedir”.

AzVision.az


Teqlər:



Xəbər lenti