Konstitusiya Məhkəməsi 25 ildə 545 qərar qəbul edib

   Konstitusiya Məhkəməsi 25 ildə 545 qərar qəbul edib
  04 İyul 2023    Oxunub:1018
Ötən 25 il ərzində Konstitusiya Məhkəməsi ümumilikdə 545 qərar və 160 qərardad qəbul edib və bu qərarların böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.
Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransda məlumat verib.

"Həmin qərarlarda Konstitusiyanın və qanunların bir sıra müddəaları şərh edilib, pozulmuş hüquq və azadlıqların bərpa olunması ilə yanaşı, mövcud hüquqi təminatlar sistemi təkmilləşdirilib, zəruri hüquqi mövqelər formalaşdırılıb", - deyə sədr qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti