Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib

Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib
  05 İyul 2023    Oxunub:928
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
MN-dən AzVision.az -a verilən məlumata görə, şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıqla bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti