İlin tələbəsi Almaniyanı seçdi

   İlin tələbəsi Almaniyanı seçdi
  05 İyul 2023    Oxunub:1210
Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.
AzVision.az “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.

Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.Bu il isə 98,21 balla ATU-dan məzun olub. O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti