Dövlət Komitəsinin təşkilatçılığı ilə konfrans keçiriləcək

Dövlət Komitəsinin təşkilatçılığı ilə konfrans keçiriləcək
  05 İyul 2023    Oxunub:1199
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 iyul 2023-cü il tarixində “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Komitə yanında İctimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak edəcəkdir. Konfrans çərçivəsində Komitə yanında İctimai şuraya üzv seçilmiş qeyri-hökumət təşkilatlarının rəhbərlərinə üzvlük vəsiqələri təqdim ediləcək.

Eyni zamanda seçkilərin keçirilməsində göstərdikləri dəstəyə görə seçki komissiyası üzvlərinin təşəkkürnamə ilə təltif edilməsi nəzərdə tutulur. Tədbir 6 iyul, saat 10:00-da Radisson Hotel (“Park İnn”) otelinin “Dan ulduzu” zalında baş tutacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti