Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

   Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
  05 İyul 2023    Oxunub:1199
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
Bu barədə Bakıda səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirilib. Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırlayıb.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirib, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti