Səfir: "Erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"

   Səfir:    "Erməni separatizminə dəstək uğursuzluğa məhkumdur"
  05 İyul 2023    Oxunub:1023
Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.

Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair maraqlı konfransda iştirakından məmnun olduğunu bildirən səfir deyib ki, Avropa İttifaqı regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb.

Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.

AzVision.az



Teqlər: Separatizm  



Xəbər lenti