"Əvvəlki dövrdə kifayət qədər çox buraxılan səhvlərimiz olub" - Nazir

   "Əvvəlki dövrdə kifayət qədər çox buraxılan səhvlərimiz olub" -    Nazir
  06 İyul 2023    Oxunub:903
Bizim ana məqsədimiz müəllimləri kütləvi işdən çıxarmaq deyil. Məqsəd onları həvəsləndirmək və peşəkarlıqlarını artırmaqdır.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib.

"Heç nə bilməyəni müəllim hesab etmirmirik və cəmiyyətdən də dəstək gösləyirik. Uşaqların gələcəyini əlindən ala bilmərik və buna heç kimin haqqı yoxdur. Müəllimlərin İşə Qəbulu imtahanı da özünü doğruldub. "MİQ-lə işə qəbul olmayanların arasında savadlı yoxdur" demirik. Lakin MİQ-lə qəbul olunanların çoxu imtahanlarda yüksək nəticə göstərir".

Nazir əlavə edib ki, hansısa müəllim diplomunun verilməsi ilə məşğul olan təhsil müəssisələrinin hazırda olmaması sevindiricidir.
"Bu keyfiyyətli müəllimlərin işə qəbulu üçün önəmlidir. Əvvəlki dövrdə kifayət qədər çox buraxılan səhvlərimiz olub. Bu bir nəfərin işi deyil, cəmiyyətin məktəbə və müəllimə yanaşmasının təsiridir. Biz saxta diploma nə qədər hümanist yanaşsaq, cəmiyyət irəli getməyəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti