"Makron yuyulmamış çömçə kimi özünü ortaya soxur" - Siyavuş Novruzov
Deputat bildirib ki, Fransa sülh müqaviləsi məsələsinə qoşulubsa, Azərbaycanla və Ermənistan arasında sülh olmayacaq:
"Biz şərt qoymalıyıq ki, Fransa bu məsələdən uzaq dursun. Makron yuyulmamış çömçə kimi özünü ortaya soxur. Vaxtilə Rəhim Qazıyev də belə idi. Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin. Danışıqlar harada gedir, Makron özünü soxur ora. Bu gün ədalətli sülh üçün danışıqlar gedir, bir çox ölkələr bizi dəstəkləyir. Sülh müqaviləsinin imzalanmamasından ən çox zərər çəkən ermənilərdir. Ondan-bundan yardım alaraq yaşamaq olmaz”.
AzVision.az
Teqlər: Makron SiyavuşNovruzov







Vaxtında, Aydın, Lazımlı!


