"Fransa iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var" - Luc Carole

   "Fransa iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var" -    Luc Carole
  06 İyul 2023    Oxunub:944
Biz hazırda Fransanın müstəmləkə siyasətinə məruz qalırıq.
Bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Martinikin azadlığı partiyasının nümayəndəsi Luc Carole deyib.

“Fransa dövlətinin strategiyası yerli əhalini fransızlarla əvəz etməkdir. Bu isə soyqırımla həyata keçirilir.

Kənd təsərrüfatında zəhərli maddədən istifadə nəticəsində Xalqımızın 92 faizi xərçəng xəstəliyinə tutulub. Fransa isə iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var. Fransa demokratiyadan danışır, lakin dediklərini tətbiq etmir”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir. (Trend)

AzVision.az


Teqlər:



Xəbər lenti