"Dərmanların keyfiyyəti ilə bağlı problem var" - Komitə sədri

   "Dərmanların keyfiyyəti ilə bağlı problem var" -    Komitə sədri
  06 İyul 2023    Oxunub:1160
"Bəli, bu gün də ölkədə dərman vasitələrinin qiymətinin baha olması və keyfiyyəti ilə bağlı problem var".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Nə qədər ki, ölkədə əhalinin istifadə etdiyi əsas dərmanları xarici ölkədən idxal edəcəyik, o vaxta kimi problem qalacaq. Sadalanan bütün problemlər ölkədə dərman istehsalının olmaması ilə bağlıdır”, - komitə sədri bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti