Ermənistan dövlətimizin başçısının söylədiyi fikirlərdən nəticə çıxarmalıdır – Şərh
O bildirib ki, Prezidentimiz nazirlərin görüşündə, həmçinin deyib: “Ermənistan, həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsində tam şəffaflığı təmin etməli və əməkdaşlıq etməlidir”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan torpaqlarımızın 30 illik işğalı dövründə işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda dəfn edilən 4 minə yaxın Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsinə də aydınlıq gətirməlidir: “Bu 4 min nəfərin arasında mənim də komandirim olduğum dörd hərbi qulluqçumdan indiyədək xəbər yoxdur. Həmin şəxslərin valideynləri bu günə qədər itkin düşənlərin yeri barədə məlumat almaq istəyirlər. Lakin Ermənistan bu sahədə müsbət addım atmır və həmin şəxslərin basdırıldığı ərazilər barədə məlumatları Azərbaycana təqdim etmir. Odur ki, Qoşulmama Hərəkatının Bakıdakı görüşündə dövlətimizin başçısının səsləndirdiyi fikirlərə Ermənistan qısa müddətdə adekvat reaksiya verməlidir. Əks halda Azərbaycan Ordusu Qarabağdakı erməni silahlılarının cəzalandırılması prosesini ən qısa müddətdə və Ermənistan üçün çox ağrılı şəkildə həyata keçirəcək. Buna nə Ermənistan, nə də onu dəstəkləyən dövlətlərin heç birinin şübhəsi olmamalıdır”.
Ə.Verdiyev qeyd edib ki, dövlətimizin başçısı görüşdə çıxışında diqqətə çatdırıb: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur”.
Bu məsələyə də münasibət bildirən hərbi şərhçinin fikrincə, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinə baxmayaraq, Azərbaycanın gündəliyi sülh gündəliyidir. Məhz buna görə də münaqişə başa çatandan dərhal sonra Azərbaycan beş bənddən ibarət təklifini qarşı tərəfə təqdim etmişdi. Bu beş prinsipə əsaslanan sülh sazişinin imzalanmasından isə Ermənistan mümkün qədər yayınmağa çalışır. Yerinə yetirilməyən öhdəliklər arasında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin bu günə qədər bağlı qalması da yer alır. Azərbaycan Laçın yolu vasitəsilə Qarabağda yaşayan erməni əhalisinin İrəvanla təmaslarına şərait yaradıb, Laçın yolunu daim açıq saxlayıb. Lakin Ermənistan hələ də Azərbaycanın Naxçıvanla əlaqə yaratması üçün Zəngəzur dəhlizinin açılması ilə əlaqədar heç bir iş görməyib. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi isə İrəvanın birgə bəyanatın tələblərinin yerinə yetirilməsindən birmənalı olaraq imtinası kimi dəyərləndirilə bilər. Azərbaycan BMT-nin 4 qətnaməsini öz imkanları ilə yerinə yetirdiyi kimi, eləcə də Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməsini, o cümlədən erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılmasını və Zəngəzur dəhlizinin açılmasını da öz potensialı hesabına həyata keçirə bilər.
“Düşmən ölkənin Azərbaycan Ordusunun "Qisas-2" əməliyyatından hələ də nəticə çıxarmaması və son günlərdə Qarabağda Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını yaratmağa cəhd göstərməsi və atəşkəs rejimini pozması sübut edir ki, qanunsuz erməni birləşmələrinin ərazilərimizdən çıxarılması mütləqdir. Azərbaycan ərazilərində bundan sonra bir dənə də olsun erməni əsgəri qalmamalıdır. Erməni terrorçuların zaman-zaman atəşkəsi pozmasına cavab olaraq bölmələrimiz təxirəsalınmaz adekvat tədbirləri görür. Hazırda gedən sülh danışıqlarının baş tutmaması üçün Ermənistan vaxtaşırı belə təxribatlar vasitəsilə bu proseslərdən mümkün qədər boyun qaçırmağa çalışır. Törədilən təxribatlar isə Ermənistanın özünü uçuruma aparır”, - deyə Ə.Verdiyev əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


