Güclü külək Şəkiyə ziyan vurub

Güclü külək Şəkiyə ziyan vurub
  03 İyun 2014    Oxunub:900
Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.
Kanal S-in xəbərinə görə, şəhərin mərkəzi hissəsində bir neçə ev işıqsız qalıb. Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının üzərinə çinar ağacı aşıb. Qorxudan bina sakinləri uzun müddət küçədə dayanmalı olublar və küləyin səngiməsini gözləyiblər.

Bununla yanaşı külək evlərin dam örtüyünü də qopararaq yollara səpib.

İki saata yaxın davam edən güclü külək Məmməd Əmin Rəsulzadə prospektində yerləşən obyektlərə və Şəki şəhər Təcili Tibii Yardım stansiyasına da ziyan vurub. Ağaclar qırılaraq yollara aşıb.

Şəki polisi də yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün səhərə kimi küçələrə nəzarət edib.


Teqlər:





Xəbər lenti