Albaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


