Bu gün leysan olacaq
Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqnin xeyli tərəddüdü, iyunun 03-ü axşam və 04-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Xəbərdarlıq
İyunun 05-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
İyunun 03-də axşam və 04-də gecə və səhər şimal küləyinin güclənəcəyi gözlənilir.
Teqlər: