Sülhməramlılar Laçında bayrağımıza hörmətsizlik etdilər - VİDEO

 Sülhməramlılar Laçında bayrağımıza hörmətsizlik etdilər    - VİDEO
  07 İyul 2023    Oxunub:1754
Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının Azərbaycan bayrağına qarşı hörmətsiz davranışını əks etdirən yeni video yayılıb.
AzVision.az xəbər verir ki, görüntülərdə rus hərbçisi Laçındakı körpüdə ucaldılmış bayrağın dirəyini qopararaq aşırdır.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, çəkiliş iyunun 15-də Ermənistan hərbçiləri tərəfindən aparılıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı.



Tural Tağıyev
AzVision.az


Teqlər: Sülhməramlı   Laçın   Bayraq  



Xəbər lenti