Albaniya Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib

   Albaniya Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib
  07 İyul 2023    Oxunub:1043
“Azərbaycan ilə Albaniya arasında əlaqələr daha da möhkəmlənib”.
AzVision.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay tviterdə etdiyi paylaşımda yazıb.

“Səmimi qəbula görə hörmətli dostum Prezident Əliyevə təşəkkür edirəm! Albaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz bir ildə ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənib”, - paylaşımda deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti