Dərmanların qiyməti yenə "əl yandıracaq"?
"Mövcud qanunvericiliklə Tarif Şurası tənzimlədiyi qiymət konkret qiymət idi. Tənzimlənən qiymət onu aşağı və yuxarı həddini müəyyən etməyə imkan vermirdi. Yeni qanun layihəsinə əsasən, dərman vasitələrinin yuxarı həddi müəyyən edilib. Yəni, dərmanların qiymətini aşağı da salmaq mümkün olacaq. Bir sözlə, qanuna dəyişikliklərlə dərmanların çeşidləri artır, dərmanların qiymətinin aşağı həddə salınması sərbəstləşir. Çeşidin artması rəqabətin yüksəlməsinə səbəb olacaq və bu da qiymətlərdə ucuzlaşmaya gətirib çıxaracaq".
Bəs dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində tətbiq ediləcək yeniliklər qiymətlərə təsir edəcəkmi?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AzVision.az -a bildirib ki, dəyişiklərdə əsas məqsəd dərman bazarında qiymətlərin optimallaşdırılması, xüsusən son dövrlərdəki artımın qarşısını almaqdır:
“Bəzi dərmanların qıtlığı müşahidə olunur və insanlar onları qara bazardan almaq məcburiyyətindədir. Məqsəd həm də o dərmanların satışını leqallaşdırılması və apteklər vasitəsilə bunun həyata keçirilməsindən ibarətdir. Gözlənilir ki, yeni dəyişiklər dərmanların qiymətlərinə təsir göstərəcək və müəyyən azalmaların olacağı istisna deyil”.
Bununla belə, V.Bayramov dərman bazarında qiymətlərin uzunmüddətli dövr üçün stabilləşməsi və optimallaşdırılması üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac olduğunu qeyd edib:
“Azərbaycan dərman preparatlarına olan tələbin 90 faizindən çoxunu idxal edir. Bu da nəticə etibarı ilə qiymətlərə təsir göstərir. Qardaş Türkiyə ilə yerli istehsalın təşkil edilməsi praktik olaraq dərmanların qiymətlərinin kəskin olaraq ucuzlaşmasına gətirib çıxarda bilər. Bu istiqamətdə danışıqlar gedir. Daha tez yerli istehsala başlanılması stareji və uzun müddətli dövrdə dərman qiymətlərinin aşağı düşməsinə, daha keyfiyyətli dərmanların təkilif olunmasına və xüsusən də bəzi dərmanlar üzrə qıtlığın aradan qaldırılmasına gətirib çıxara bilər”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


