Xaçmazda velosipedlə bərbərlik edən Leyla - VİDEO

   Xaçmazda velosipedlə bərbərlik edən Leyla -    VİDEO
  07 İyul 2023    Oxunub:1846
Leyla Fətəli Xaçmaz rayon sakinidir. O, burada bərbəlik etməklə ailəsini saxlayır. Ən maraqlısı isə odur ki, Leyla xanım işlə əlaqədar çağrıldığı kəndlərə velosipedlə gedir.
"BBC Azərbaycanca"ya danışan xanım bərbər bildirib ki, həyat yoldaşı ilə ayrıldqdan sonra uşaqlarını dolandırmaq üçün bu işlə məşğul olmağa başlayıb. O, bir müddət qadın bərbəri kimi çalışsa da artıq iki aydır ki, kişilərin də üzünü qırğır, saçını kəsir.

"Boşandıqlan sonra başa düşdüm ki, özüm öz ayaqlarım üzərində durmalıyam və uşaqlarımı saxlamalıyam. Beləliklə, şagird kimi ustaların əlinə baxıb öyrəndim. Qadın olduğum üçün heç bir bərbər məni şagird götürmək istəmirdi. Yutubdan, bir günlük dərslərdən öyrəndim.

İşimi görmək üçün kəndlərə velosipedlə gedirəm. Onu təzə-təzə sürməyə başlayanda qonşularım məni qınamağa başladılar. Qohumlar da çox üstümə gəldi. Amma qardaşlarım məni dəstəklədilər. Çünki maddi vəziyyətimin çətin olduğunu bilirdilər", - Leyla xanım deyir.



AzVision.az


Teqlər:



Xəbər lenti