Oğurluq etdiyi evin sahibini bıçaqladı

   Oğurluq etdiyi evin sahibini bıçaqladı
  07 İyul 2023    Oxunub:1056
Bu il martın 18-i Astara rayonunun Artupa kənd sakini Şamxal Şahverdiyevin qonşusu Alqış Quliyevi qəsdən öldürməyə cəhd etməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Şamxal Şahverdiyevin tanışı Saleh Yusifovla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını oğurluq yolu ilə talaması, bundan sonra həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub bıçaqla xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamxal Şahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1 (mənzil toxunulmazlığını pozma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələrilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti