Dünya bu azərbaycanlıdan yazır: 7300 metr hündürlükdə qalan pakistanlını xilas etdi

 Dünya bu azərbaycanlıdan yazır:  7300 metr hündürlükdə qalan  pakistanlını xilas etdi
  08 İyul 2023    Oxunub:1742
Dünya mediası Everesti fəth etmiş ilk Azərbaycan alpinisti İsrafil Aşurlunun qəhrəmanlığından yazır.
O, Himalay silsiləsindəki Nanqa – Parbat zirvəsinə (8126 metr hündürlüklə dünyanın 9-cu ən hündür zirvəsi) səfər edərkən 7300 metr hündürlükdə ölüm təhlükəsi qarşısında köməksiz vəziyyətdə qalmış 2 alpinistlə rastlaşıb.

İsrafil Aşurov onları xilas etmək üçün zirvə təkanını dayandırıb. Onları baza düşərgəsinə daşımağa başlayıb. Alpinistlərdən birinin- polşalı Pavel Kopetsin vəziyyəti çox ağır olduğundan, əfsus ki, o, yolda keçinib. Görmə qabiliyyətini müvəqqəti itirmiş digər alpinist - pakistanlı Asif Bhattini isə düşərgəyə çatdıraraq həyatını xilas edə bilib.

Alpinistimizin bu qəhrəmanlığı ilə qürur duyur, ona zirvələrdə daim uğurlar arzulayırıq!

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti