Zəngəzur Milli parkında təmizlik aksiyası keçirilib

     Zəngəzur Milli parkında   təmizlik aksiyası keçirilib
  08 İyul 2023    Oxunub:1828
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekologiya könüllüləri muxtar respublika ərazisində ekoloji aksiyaları davam etdirirlər.
AzVision.az xəbər verir ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli parkının Batabat ərazisində aparılan aksiyada ekologiya könüllüləri ilə yanaşı nazirliyin və tabeliyində olan idarələrin əməkdaşları da iştirak ediblər. Aksiya iştirakçıları ətraf əraziləri məişət tullantılarından təmizləyiblər.

Qeyd edək ki, Batabat muxtar respublikada insanların istirahət üçün ən çox üz tutduğu yerlərdəndir. Burada istirahət edənlər sırasında təbiətə biganə yanaşıb ətrafı çirkləndirənlərə də rast gəlinir. Aid qurumların əməkdaşları ətrafda təmizlik işləri aparmaqla yanaşı, ekoloji-hüquqi maarifləndirmə işi də aparır, ekologiyanı çirkləndirənlərə qarşı inzibati tədbirlər görülür.

AzVision.az



Teqlər: Naxçıvan   Zəngəzur-Parkı  



Xəbər lenti