Azərbaycan XİN başçısı Tacikistan səfirini qəbul edib
Nazir Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib.
AzVision.az
Teqlər: Bayramov Tacikistan Səfir







Vaxtında, Aydın, Lazımlı!


