Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb

Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb
  08 İyul 2023    Oxunub:1560
Lerikdə yanğın olub, bir nəfər yanıq xəsarəti alıb
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Lerik   Yanğın  



Xəbər lenti