Bakıda evdə yanğın, ölən var

   Bakıda evdə yanğın,    ölən var
  09 İyul 2023    Oxunub:1278
Bakıda yanğın olub, ölən var.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 48 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər: Yanğın  



Xəbər lenti