Sabahın hava proqnozu

   Sabahın hava proqnozu
  09 İyul 2023    Oxunub:1465
Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.
Bunu AzVision.az -a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti