Boksçularımız beynəlxalq turnirdə 7 medal qazanıb

Boksçularımız beynəlxalq turnirdə 7 medal qazanıb
  09 İyul 2023    Oxunub:1114
Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a bildirilib ki, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.

AzVision.az


Teqlər: medal   boks  



Xəbər lenti