Ağcabədidə toyda 34 nəfər zəhərləndi: Birinin vəziyyəti ağırdır - YENİLƏNİB
09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
***
Ağcabədi rayonu Rəncbərlər kəndində toy məclisində baş verən zəhərlənmə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
AQTA-da AzVision.az -a verilən məlumat görə, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.
Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


