Külək güclənəcək, leysan olacaq, dolu düşəcək

   Külək güclənəcək, leysan olacaq, dolu düşəcək
  10 İyul 2023    Oxunub:816
İyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti