Azərbaycan və Türkiyə prokurorluqları birgə konfrans keçirdi

   Azərbaycan və Türkiyə prokurorluqları birgə konfrans keçirdi
  10 İyul 2023    Oxunub:942
"Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

Çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın əhəmiyyətindən bəhs edib. Həmçinin konfrans zamanı Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib. Nümayəndə heyətinin səfəri davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti