Prezidentin köməkçisi Türkiyə səfiri ilə regionu müzakirə etdi

   Prezidentin köməkçisi Türkiyə səfiri ilə regionu müzakirə etdi
  10 İyul 2023    Oxunub:1055
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Cahit Bağçı özünün tviter hesabında paylaşım edib. Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti