Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
  11 İyul 2023    Oxunub:1110
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti